Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli seminarda çıxış edəcək. Qadın İnkişaf Mərkəzi və CIBS (Caspian İnternational Business Services) şirkətinin birgə təşkil etdiyi seminar “UĞURLU QADIN – hədəfə gedən yol” (sadəlikdən möhtəşəmliyə doğru) adlanır.
Tədbirdə digər xanım məruzəçilərin də çıxışları gözlənilir.
Qeyd edək ki, Sevda Tahirli bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosentdir. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır.
Seminarın başlanma tarixi: 02.04.2017
Seminarın başlanma saatı: 12:00 15:00 (Cofee break)
Seminar ödənişsizdir.
QEYD* Seminara yalnız 22 yaşdan yuxarı qeydiyyatdan keçən xanımlar qoşula biləcəklər.
Qeyidyyat linki: http://bit.ly/2n30eu6
Seminar Qafqaz Biznes Mərkəzində keçiriləcəkdir.
Əlaqə vasitələri: 012 505 47 46; 055 374 80 63