Berlində Mirzə Ələkbər Sabirin 150 İllik Yubileyi Yaddaqalan Tədbirlərlə Qeyd Edilmişdir

Dekabrın 8-də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə Berlindəki “Ədəbiyyat evi”ndə dahi şair, “Molla Nəsrəddin” jurnalının yaradıcılarından və Azərbaycanda satira janrının banilərindən biri – Mirzə Ələkbər Sabirin 150 illik yubileyi qeyd edilmişdir. “AvroQafqAsiya” Beynəlxalq Mədəniyyət və Elm Cəmiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində və Avropa Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil …