FONDUN PREZİDENTİ

_mnh0754yeniSevda Məmmədsəlim qızı Tahirli Bakıda anadan olmuşdur.

Orta məktəb təhsilini (1969-1979) qızıl medalla başa vurduqdan sonra V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsində təhsil almışdır (1979-1984). Təhsil aldığı müddətdə institutun elmi və ictimai həyatında fəal iştrak etmiş 5 illik tələbə həyatının 4 ilində fakültə tələbə elmi cəmiyyətinin sədri kimi fəaliyyət göstərmişdir.

Erkən gənclik yaşlarından yaradici axtarışlara çox əhəmiyyət verdiyi üçün tələbəlik həyatının ilk illlərindən sərbəst elmi tədqiqət işlərinə qatılmış və onun elmi araşdırmaları respublika tələbə-elmi konfranslarında dəfələrlə dərəcəli diplomlara layiq görülmüşdür. Tahirli S.M. həmçinin Düşənbə və Yerevanda keçirilən biologiya və kimya üzrə Ümumittifaq Tələbə Olimpiadalarında mübarizə aparmaq üçün Azərbaycan komandasının tərkibində iştirak etmişdir.

Ali məktəbi yüksək səviyyədə uğurla başa vurduğu üçün istisna olaraq həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının Botanika institutunun aspiranti kimi təhsilini davam etdirmişdir.

1989-cu ildən Bakı Dövlət Universitetində çalışır.

Biologiya elmləri namizədi (1994), dosentdir (2006).

Tahirli Sevda elmi və həmçinin elmi-jurnalistik fəaliyyəti ilə də tanınır. O, fauna və floranın insanı heyrətləndirən həqiqətlərinə həsr olunmuş, Azərbaycan Dövlət Radiosu və Televiziyasının “Qızıl fondu”nda qorunub saxlanılan çoxsaylı verilişlərin müəllifi və səsləndiricisi, dövrü mətbuatda bu mövzuya həsr olunmus silsilə yazıların, eləcə də onlarla elmi məqalənin, bir neçə elmi–kütləvi kitabın, həmçinin ali məktəblər üçün proqramların, metodik vəsaitin və dərsliyin müəllifidir.

İki övladı var.