Sabirin yubileyi Türkiyədə qeyd olunacaq

Dahi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 155 illiyi münasibətilə Türkiyənin Mərmərə Universitetində 27 Aprel tarixində möhtəşəm tədbir keçiriləcək. Bu mərasimin ərsəyə gəlməsi üçün Fond rəhbəri İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Əlp -ə təşəkkürünü bildirib.  

Sabir Fondunun prezidenti seminarda çıxış etdi

Azərbaycanda ilk dəfə “Uğurlu qadın hədəfə gedən yol – sadəlikdən möhtəşəmliyə doğru” adlı xanımların şəxsi inkişafı ilə bağlı seminar keçirilib. Tədbir Qadın İnkişaf Mərkəzinin rəhbəri, insan davranışları üzrə mütəxəssis Gülnarə Tağıyevanın təşəbbüsü ilə keçirilib. Seminarda pedaqoqlar, həkimlər, iqtisadçı xanımlar, elm xadimləri, ictimai birliklərin nümayəndələri, təşkilat rəhbərləri və cəmiyyətdə öz mövqeyi …

Sabir Fondunun prezidenti seminarda çıxış edəcək

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli seminarda çıxış edəcək.  Qadın İnkişaf Mərkəzi və CIBS (Caspian İnternational Business Services) şirkətinin birgə təşkil etdiyi seminar  “UĞURLU QADIN – hədəfə gedən yol” (sadəlikdən möhtəşəmliyə doğru) adlanır. Tədbirdə digər xanım məruzəçilərin də çıxışları gözlənilir. Qeyd edək ki, Sevda Tahirli bioloq, biologiya üzrə fəlsəfə …

Sevda Tahirli: “Dövlət Sabirin yubileyinə xüsusi diqqət yetirir” – MÜSAHİBƏ

Böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabir milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verib. Şair çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır. “Molla Nəsrəddin” jurnalı …

Fondumuzun əməkdaşından möhtəşəm layihə

Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 155 illiyi ərəfəsində onun adını daşıyan fondumuzun AMEA Mərkəzi Elmi Kitabxanası ilə birgə fəaliyyətinin nəticəsi kimi MEK-in “360° virtual bələdçi”si layihəsi yekunlaşıb.   Layihəni Azərbaycan Fotoqrafları Birliyinin üzvü, Sabir Fondunun əməkdaşı, iqtisadçı və fotoqraf Nurlan Tahirli həyata keçirib.   Qeyd edək ki, 2014-cü ildə …