Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, taym-menecment, personalogiya və s.), habelə youtube, vebi-nar, skype konfransla keçirilməsi” adlı layihəsi çərçivəsində Binəqədi rayonunda “Vaxtın idarə olunması (Taym menecment) mövzusunda növbəti seminarını keçirib.
Əsasən gənclərdən və digər təbəqələrdən ibarət müxtəlif peşə sahiblərinin qatıldığı tədbirdə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi bu layihə haqqında ətraflı məlumat verib.
O bildirib ki, bu təlimlərdə gənclər kütlə qarşısında nümunəvi çıxış etmək, qan qrupundan asılı xarakterin necə dəyişdiyini öyrənmək, qarşı tərəfi qan qrupuna görə tanıya bilmək, ailə daxili münasibətlərin insan xarakterindən necə asılı olduğu və ailədəki münaqişələrin uşaqlara təsiri barədə məlumatlar əldə etmək, NLP texnikalardan istifadə etməklə mükəmməl ünsiyyət qurmaq, vaxtın idarə olunması, karyera qurmaq istəyənlər üçün iş müsahibələrinə hazırlıq, effektli CV və rezumelərin yazılma bacarıqları əldə edəcəklər. Bu təlimlərin daha geniş auditoriyanı əhatələməsi üçün youtube kanalında xüsusi akkaunt yaradılıb və məlumatlar, seminar məlumatları izləyicilərə fasiləsiz yayımla təqdim ediləcək.
Seminarda təlimçi Sənan Nəcəfov “Vaxtın idarə olunması nədir” mövzusunu geniş işıqlandırılmış, Stiv Kovi matrisasından istifadə qaydası, eləcə də ABC model haqqında iştirakçıların çox rahatlıqla qəbul edə biləcəyi anlamlı və eyni zamanda oynaq bir tərzdə məlumat verimişdir. Mövzu ətrafındakı müzakirələr müxtəlif testlərin işlənməsi ilə müşayiət olunmuşdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində 8 seminar və 2 ustad dərsinin (master- klass) keçirilməsi nəzərdə tutulub. Layihə Bakı, Sumqayıt və Şirvan şəhərində həyata keçirilir.