Sabir Fondu gənc ailələr üçün layihə təqdim edib

sabirfondu-telim-22-09-16-2

Mirzə Ələkbər Sabir Fondunun xətti ilə həyata keçirilən layihələr davam edir.

Fondun prezidenti və həmçinin şairin nəvəsi Sevda Tahirlinin verdiyi məlumata əsasən, layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşır. Layihə çərçivəsində maraqlı təlimlər aparılır. Təlimlərdən biri “Gənc ailələr üçün psixoloq məsləhəti, keçid dövründə cəmiyyətdə gərgin psixoloji durumdan yayınmaq, müsbət əhval-ruhiyyənin saxlanılması metodları” na həsr edilib.

Təlimin mahiyyəti belədir: ailələrin hazırki şəraitdəki durumu, ailədaxili münaqişələrin uşaqların psixoloji durumundakı əksi, kişi və qadın psixologiyasının xüsusiyyətləri, bu xüsusiyyətlərdəki incə məqamları öyrənməklə ailədə baş verə biləcək münaqişələrdən xilas olmaq, keçid dövrü üçün səciyyəvi olan gərginliyin ailədə yaratdığı problemlər və s. Eyni zamanda onlardan yaxa qurtarmaq üçün nələrə diqqət etməlidir.

Xatırladaq ki, təlimi psixoloq Mələk İsmayılova aparıb.

sabirfondu-telim-22-09-16