Sabir Fondunun yeni layihəsi maraqla qarşılanıb

sabirfondu-telim-19-09-16

Fondun prezidenti Sevda Tahirlinin verdiyi məlumatına görə, layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşır. Layihədə 8 təlim və ustad dərsi nəzərdə tutulub.Ustad dərslərinin aparılması (master klass) Bakı, Sumqayıt və Şirvan şəhərlərində nəzərdə tutulub.

Qeyd edək ki, artıq 4 təlim və 1 ustad dərsi başa çatıb.

LAYİHƏNİN ADI: Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə youtub, vebi-nar, skype konfransla keçirilməsi;

LAYİHƏ NƏDƏN BƏHS EDİR: Bu modellə gənclər özlərini tanıtmaq, kütlə qarşısında nümunəvi çıxış etmək, qan qrupundan asılı olaraq xarakterin necə dəyişdiyini öyrənmək, qarşı tərəfi qan qrupuna görə tanıya bilmək, ailədaxili münasibətlərin insan xarakterindən necə asılı olduğu və ailədki münaqişələrin uşaqlara təsiri barədə məlumatlar əldə etmək , NLP texnikalardan istifadə etməklə mükəmməl ünsiyyət qurmaq, vaxtın idarə olunması (time menecment), karyera qurmaq istəyənlər üçün iş müsahibələrinə hazırlıq, effektli CV və rezumelərin yazılma bacarıqları əldə edəcəklər. Bu təlimlərin daha geniş auditoriyanı əhatələməsi üçün youtub kanalında xüsusi akkaunt yaradılacaq və izləyicilərə fasiləsiz yayımla təqdim ediləcək.

Haqqında danısılan seminarda qan qrupu ilə insan xarakterinin müəyyən olunması, ailədaxili münasibətlərdə qan qrupunun təsiri, qan qrupundan qaynaqlanan xüsusiyyətlərin işgüzar müstəvidə özünü necə təzahür etdirməsi; qan qruplarına görə peşə seçimi, qan qrupları üçün seciyyəvi olan xəstəliklər; qarşı cinsə olan münasibətin qan qrupuan görə dəyişməsi, uğur yolunun müəyyən olunması və s barədə geniş məlumat verilib. Təlimi Sevda Tahirli aparıb.

sabirfondu-telim-19-09-16-2