M.Ə.Sabir Fondu KİV nümayəndələri ilə görüş keçirdi

sabirfondu-kiv-ile-gorush-30-05-14

29 may 2014-cü il tarixində Dahi şairimiz Mirzə Ələkbər Sabirin anadan olmasının 152-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun rəhbərliyi mətbuat nümayəndələri ilə görüş keçirdi. İlk öncə qonaqları salamlayan Fondun prezidenti Sevda Tahirli dəvəti qəbul etdiyinə görə KİV nümayəndələrinə öz minnətdarlığını bildirdi. Daha sonra Fond haqqında ətraflı məlumat verdi.

Bildirdi ki, Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə yaradılmış, 29 iyun 2012-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Fondun əsas məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Fondun əsas vəzifələri Mirzə Ələkbər Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, M.Ə.Sabir irsinin öyrənilməsinə gənc araşdırmaçıları cəlb etmək, M.Ə.Sabir yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır. Mirzə Ələkbər Sabir Fondu 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra etmişdir. 2014-cü ilin mart ayından etibarən eyni adlı layihənin davamı kimi yenidən icrasına başlanıldığını bildirdi. Bu layihə müddətində İctimai Televiziyada da mövzuya aid veriliş çəkilmişdir.

Sevda Tahirli mətbuat nümayəndlərinə bir daha təşəkkürünü bildirdi və Fond ilə əməkdaşlıq etməyə dəvət etdi. Sonda səhər süfrəsi arxasında görüş davam etdirildi.

Fondun prezidenti Sevda Tahirli tədbirin keçirilməsinə dəstək verdiyi üçün New Baku Hotelinin rəhbərliyinə və “Skal” İnternational Baku təşkilatının rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Foto: Azad Bagirov

sabirfondu-kiv-ile-gorush-30-05-14-2

sabirfondu-kiv-ile-gorush-30-05-14-3