Sabir Fondu jurnalistlər üçün fərdi inkişaf seminarı təşkil etdi.
Mirzə Ələkbər Sabir Fondu bir qrup KİV nümayəndəsi – qəzet, sayt əməkdaşları üçün fərdi inkişaf seminarları təşkil edib.
Fondun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Fondun prezidenti, M.Ə.Sabirin nəvəsi Sevda Tahirli jurnalistlər üçün təşkil olunan fərdi inkişaf təlimlərinin əhəmiyyətindən, jurnalsitlərin belə texnikalardan yararlanmalarının vacibliyindən danışıb. O bildirib ki, son bir neçə ayda tələbələrə, gənclərə, QHT təmsilçilərinə və digər ixtisas sahiblərinə yeni texnologiyalardan, Türkiyə və Qərb ölkələrinin təcrübəsindən yararlanaraq müasir təlimlər keçirilir.
Xüsusi olaraq jurnalistlər və media təmsilçiləri üçün nəzərdə tutulan “NLP tətbiq etməklə mükəmməl ünsiyyətin qurulması texnikaları” və “Mükəmməl çıxış etməklə auditoriyaya təsir” seminarlarını beynəlxalq təlimçilər – NLP master Şamil Şahbazov və yaşam kouçu Sənan Nəcəfov tərəfindən aparılıb.
Tanınmış KİV nümayəndələrinin maraqla iştirak etdikləri təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə yaranıb və yarandığı gündən Sabir ənənələrini davam etdirmək üçün real addımlar atır, gənc nəslin maarifləndirilməsi, məlumatlandırılması məqsədi ilə layihələr həyata keçirir.