Berlində Mirzə Ələkbər Sabirin 150 İllik Yubileyi Yaddaqalan Tədbirlərlə Qeyd Edilmişdir

Dekabrın 8-də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə Berlindəki “Ədəbiyyat evi”ndə dahi şair, “Molla Nəsrəddin” jurnalının yaradıcılarından və Azərbaycanda satira janrının banilərindən biri – Mirzə Ələkbər Sabirin 150 illik yubileyi qeyd edilmişdir.

“AvroQafqAsiya” Beynəlxalq Mədəniyyət və Elm Cəmiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində və Avropa Azərbaycanlıları Konqresinin dəstəyi ilə təşkil edilən “Mirzə Ələkbər Sabir–150” adlı ədəbi-bədii gecə alman ictimaiyyətinin diqqətinə təqdim edilən ilk təşəbbüs olmuşdur.

AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova tədbiri açaraq qonaqları salamlamış və iştirakçıları təqdim etmişdir. O, Azərbaycan və ölkəmizin mədəni həyatı haqqında qısa məlumat vermiş, Sabir yaradıcılığının Azərbaycan ədəbiyyatının və satira janrının inkişafındakı rolunu diqqətə çatdırmışdır. İcraçı direktor daha sonra qonaqları tədbirin proqramı və gedişatı ilə tanış etmişdir.

Ölkəmizin Berlindəki səfirliyinin müşaviri Rizvan Nəbiyev Almaniyada təkcə Azərbaycanın siyasətinin, musiqi və rəssamlıq sənətinin deyil, həm də ədəbiyyatının və onun nümayəndələrinin tanıdılması ilə bağlı tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirmişdir.

 

AzərTac

Leave a Reply

Your email address will not be published. Required fields are marked *